Sabahın hava proqnozu

Dekabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Yenicag.az-a verdiyi məlumata görə dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında
gecə 3-6, gündüz 8-10, Bakıda gecə 3-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi
normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz
50-55 faiz olacaq.

Dekabrın 27-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın
temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda
gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü
gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.