Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabahın hava proqnozu AÇIQLANDI

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında gecə 13-15° isti, gündüz 16-18° isti, Bakıda gecə 13-15° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütuna yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 1-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-19° isti, dağlarda gecə 3-8° isti olacaq.

www.yenicag.az

106
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100