!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava proqnozu açıqlandı

!Reklam – Yazi

Avqustun 10-na gözlənilən hava şəraiti açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah əsasən yağmursuz hava olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsasən qərb rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv