Sabahın hava proqnozu açıqlandı

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturu gecə 19-24° isti, gündüz 33-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.