!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın hava PROQNOZU - Şimşək çaxacaq, yağış yağacaq

!Reklam – Yazi

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyinin gündüz saatlarından arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti, Bakıdagecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Mayın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 5-10° isti olacaq.

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv