Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabahın havası belə olacaq

Aprelin 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 15-20, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 25-27-də Abşeron yarımadasında yaz fəsli üçün komfort temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Loading...

www.yenicag.az

1805
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100