!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın havası belə olacaq

!Reklam – Yazi

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5°şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

www.yenicag.az

2256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv