!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabahın havası - Duman, yağış...

!Reklam – Yazi

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 10-12° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv