Sabahın havası ilə bağlı vacib məlumat

Sabah hava meteohəssas insanlar üçün narahatlıq yarada bilər.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti diskomfort hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.