Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?

Tibbi-meteoroloji proqnoz açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 16-da Abşeron yarımadasında sabit hava şəraiti və mövsümə uyğun komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.