Reklam

Reklam

Bakıda və Abşeron yarımadasında martın 11-də havanın tutulub açılacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Martın 12-si gündüzdən 13-ü səhərədək bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi martın 12-də arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3407
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."