Sabahkı hava meteohəssas insanlara necə təsir edəcək?

Aprelin 22-də güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a bildirilib ki, Abşeron yarımadasında gündüz saatlarında qısamüddətə xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.