!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

“Sabah”la “Sumqayıt” oyunu heç-heçə ilə bitdi

!Adviad

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Yenicag.az xəbər verir ki, turun açılış oyununda “Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb – 1:1. Hesabı 34-cü dəqiqədə meydan sahiblərinin cinah oyunçusu Təmkin Xəlilzadə açıb. 70-ci dəqiqədə isə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov bərabərliyi təmin edib.

Beləliklə, “Sumqayıt” 25 xalla 4-cü, ardıcıl 6-cı oyunda qələbəyə həsrət qalan “Sabah” 16 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, saat 18:15-də “Neftçi” – “Keşlə”, martın 9-da isə “Qəbələ” – “Səbail” və “Zirə” – “Qarabağ” görüşləri keçiriləcək./Report/

www.yenicag.az

252
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100