“Şaban”a həyat verən rejissor vəfat etdi

Türkiyənin tanınmış aktyoru və rejissoru Kartal Tibet dünyasını dəyişib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, akytor və rejissor kimi 200-ə yaxın işi olan Kartal Tibet 83 yaşında vəfat edib.

Kartal Tibet məşhur komediya ustası Kemal Sunalın yaratdığı Şaban obrazının yer aldığı çox sayda filmin də rejissoru olub.