!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq baş nazir saxlanıldı

!Reklam – Yazi

Qırğız Respublikasının keçmiş baş naziri Sapar İsakov korrupsiyada ittiham olunaraq saxlanılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat xidməti məlumat yayıb.

O, ölkə paytaxtı Bişkekin İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi zamanı baş vermiş korrupsiya ilə bağlı araşdırılan cinayət işi çərçivəsində yaşadığı ərazini tərk etməmək barədə də iltizam verib.

Qeyd edək ki, Qırğız Respublikasının parlamenti 2017-ci ilin yekunlarına görə, Sapar İsakov hökumətinə etmad göstərməyib. 40 yaşlı İsakovun başçılıq etdiyi və tərkibinə görə ən gənc Nazirlər Kabineti 2017-ci ilin sentyabrında and içib. Hökumətə etimad göstərilməməsi isə ölkə tarixində ilk hadisədir.

www.yenicag.az

1263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv