Reklam: High Technic
hightechnic

Türkiyənin sabiq baş nazirinin oğlu evində ölü tapıldı - FOTO

Türkiyənin keçmiş baş naziri Mesut Yılmazın oğlu Yavuz Yılmaz Beykozdakı evində ölü tapılıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Mesut Yılmazın 38 yaşlı oğlu Yavuzun intihar etdiyi bildirilir. Hadisə yerinə gələn polislər onun başından atış açaraq özünə qəsd etdiyini bildiriblər.

Məsut Yılmaz oğlunun ölüm xəbərini ABŞ-da olarkən alıb.

Faktla bağlı cinayət işi açılıb.

www.yenicag.az

1965