Antalyanın Manavqat bölgəsinin Side Bələdiyyəsinin sabiq sədri Abdulkadir Uçar silahlı hücuma məruz qalıb.
Yenicag.az xəbər verir ki, hadisə AK partiyasının üzvünün evinin önündə baş verib. Xoşbəxtlikdən o, yara almadan xilas ola bilib.
Hadisə yerinə gələn polis əməkdaşları müşahidə kameralarına baxış keçiriblər. Hadisə ilə bağlı açıqlama verən Abdulkadir Uçar bunları qeyd edib: “İşdən gəlib, avtomobili dayanacaqda saxladım. Evimə girmək istəyərkən partlayış səsi gəldi. Dönüb arxaya baxanda tüfəng gördüm. Maşından atəş açıb qaçdılar”.