Sabiq deputat Bakı meriyasını məhkəməyə VERDİ

Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. 
Yenicag.az xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu barədə Bakı İnzibati Məhkəməsinə müraciət edib.
Qeyri-hökumət təşkilatı Bakı meriyasını torpaq münasibətləri üzrə mübahisələrə görə məhkəmədə iddia qaldırıb.
Xatırladaq ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezidenti sabiq deputat Elxan Süleymanovdur./news24.az