!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq deputatdan həbs olunan Rasim Məmmədova İTTİHAM: “Mənə təqribən 5 milyon manat ziyan vurub”

!Reklam – Yazi

“Sahibkarlara vurulmuş ziyan Rasim Məmmədovun şəxsi mülkiyyəti hesabına ödənilməlidir”.

Bunu adı müxtəlif qalmaqallarda hallanan “Baku Steel Company”nin direktoru Rasim Məmmədovun həbs edilməsinə münasibət bildirən sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, Rasim Məmmədov qoçu dəstələri saxlayaraq, sahibkarları metallurgiya sahəsində fəaliyyətdən məcburi imtinaya vadar edirdi:

“Öncəliklə, Allah qanunsuz həbs olunan insanların qapısını açsın. Lakin Rasim Məmmədovun həbsinə sevinənlərin sayı kifayət qədər çoxdur. Mənim də Rasim Məmmədovla 2012-ci ildən başlayan münaqişəm var. Münaqişənin səbəbi Rasim Məmmədovun metal bazarını inhisara alması və mənimlə yanaşı, 20-ə yaxın sahibkarı müflis etməsidir.

Rasim Məmmədovun sahibkarlara qarşı əməlləri yerli və xarici mediada dəfələrlə işıqlandırılıb. Özüm də bu barədə şikayətlər etmişəm. Hazırkı şəraitdə Rasim Məmmədovun hansı səbəbdən həbs olunduğunu deyə bilmərəm. Lakin bir neçə il bundan öncə də dediyim kimi, bu cür təfəkkürlü şəxs iş adamı ola bilməz.

O, Sumqayıt Boruyayma Zavoduna sahibləri tərəfindən idarəçiliyə qoyulan adamdır və külli miqdarda vergi borcu yaradıb. Bununla yanaşı, zavodun sahiblərinə qarşı mənimsəmə mövqeyindən çıxış edib. Əlbəttə, Rasim Məmmədov arxasında dayanan ciddi məmur dəstəyi sayəsində bu cür əməllər törədirdi.

Onun fəaliyyəti ilə bağlı deyə bilərəm ki, Rasim Məmmədov təfəkkürlü insanın normal biznesmen olması mümkün deyil. Təəssüf ki, məmur sahibkarlığına məxsus olan Rasim Məmmədov kimi adamların sayı kifayət qədərdir.

Rasim Məmmədova hüquq-mühafizə orqanlarından, Prezident Adminstrasiyasından və digər qurumlarından keç kimin təsir etmək imkanı yox idi. Hətta Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Daxili İşlər Nazirliyi və Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyi ilə şəxsən görüşməyimə baxmayaraq, 2012-14-cü illərdə heç kim Rasim Məmmədovu bu əməllərdən çəkindirə bilmədi. Şikayətlərim məhkəmələrdə qismən təmin olunsa da, maddi təminatla bağlı vəziyyət ürəkaçan olmayıb”.

Bir neçə gün öncə Avropa Məhkəməsinə müraciət ünvanlandığını vurğulayan Nazim Bəydəmirli qeyd edib ki, sahibkarlara vurulmuş ziyan Rasim Məmmədovun şəxsi mülkiyyəti hesabına ödənilməlidir:

“İki il öncə Rasim Məmmədova “monopolist” dediyim üçün məni məhkəməyə verib, özü və “Baku Steel Company” üçün yüz minlərlə manat təzminat tələb edib. Nəticədə məhkəmə məni 5 min manat məbləğində cərimələmişdi.

Bu qərarla bağlı Avropa Məhkəməsinə müraciət ünvanlamışam. Ölkə başçısı öz çıxışlarında sahibkarlara maneəçilik törədənlərin dövlətə xəyanət etmiş olduqlarını dəfələrlə bildirib. O baxımdan, “Baku Steel Company”nin törətdiyi əməllər ciddi surətdə araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, inhisarçılıq ölkə iqtisadiyyatına çox böyük ziyan vurur.

Digər tərəfdən, Rasim Məmmədov sahibkarların fəaliyyətini məhdudlaşdırmaqla, minlərlə ailəni çörəksiz qoyub. Rasim Məmmədov rəngini qaraldıb, Afrikada gizlənsə də, onun mənə vurduğu maddi ziyanı tələb edəcəyəm. Ümid edirəm ki, bu məsələdə hüquq-mühafizə orqanları da sahibkarların haqlarının bərpa olunmasına kömək göstərəcək”.

Gülşən Şərif

www.yenicag.az

9335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv