!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabiq deputatdan hərbçilərə QADAĞA: "Zabitləri öz evlərində yaşamağa qoymur" - İDDİA

Reklam: Sinerji Pro

Zabitlər üçün “Salyan kazarması”nın ərazisində, Akademik Şəfayət Mehdiyev küçəsində tikilmiş evlərə köçməyə icazə verilmir.

Bu barədə Yenicag.az-a zabitlər məlumat veriblər.

Məlumata görə, evlər artıq iki il əvvəl təhvil verilməli idi, ancaq hələ də binalarda yaşamağa icazə verilmir.

Binalardan mənzil almış zabitlərin sözlərinə görə, evlərin bir çoxunu hətta özləri təmir ediblər. Ancaq bəzi zabitlər evlərin pulunu tam ödəyə bilmədiyi üçün heç kimi öz evinə köçüb yaşamağa qoymurlar.

Məlumata görə, həmin binaları sabiq deputat Xəlilbəy Günəşovun sahibi olduğu “Zəfər” Mənzil-Tikinti Kooperativi tikib. Zamanında sabiq Baş Qərargah Rəisi Nəcməddin Sadıkovla yaxın münasibəti olan sabiq deputat Xəlilbəy Günəşov bu tenderin qalibi olub. Xəlilbəy Günəşov binalardan ev almış zabitlərə öz evlərində yaşamağa icazə vermir.

Səxavət Məmməd

www.yenicag.az

388
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100