Sabiq deputatın oğlu məhkəmə qarşısında – SƏBƏB

Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmov istifadə etdiyi su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.

Yenicag.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsinə iddiaçı qismində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tanınıb.

Hakim Həbibə Miriyevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesi iyul ayının 17-nə təyin edilib.

Xatırladaq ki, Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub.

COP29