!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq döyüşçüdən son əsgər ölümünə sensasiyalı reaksiya – FOTO

!Reklam – Yazi

10532468_664142433664360_3135227068783618872_nŞakir Abbasov Orxan Xəlilovun intihar etmədiyini düşünür

Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissəsində əsgər Xəlilov Orxan Lazım oğlu tabeliyindəki xidməti silahından açılan atəş nəticəsində dünyasını dəyişib.Mərhum bu gün dəfn olunub.

Yenicag.az-a açıqlama verən mərhumun yaxın qonşusu, Qarabağ müharibəsinin iştirakçılarından olan Füzulinin sabiq icra başçısı Şakir Abbasov hadisəyə inanmaq istəmədiyini bildirir: “Mən Orxanı və ailəsini çox yaxşı tanıyıram. Bu səbəbdən də nə ailəsi, nə də qonşuları olaraq bizlər onun intihar edəcəyini düşünmürük. Ya silah təsadüfən əlində açılıb, ya da bu işin içində başqa iş vardır. Şəxsən mən əsgər olaraq, hərbi xidmətdə dünyasını dəyişdiyi üçün Orxan Xəlilovu şəhid hesab edirəm”.

esgerŞakir Abbasovun sözlərinə görə, Orxan yaşadığı ərazidə yüksək əxlaqı və tərbiyyəsi ilə tanınıb: “Bu günki gənclərin bir çoxunda olmayan müsbət keyfiyyətlər bu gəncdə vardı. Həm də kifayət qədər iradəli oğlan idi. İnanmıram ki, belə bir iradəli gənc intihar etsin. Ona görə də düşünürəm ki, hərbi prokurorluq “intihar” deyərək, bu işin üstünü örtməməli, sonuna qədər bu ölüm hadisəsi araşdırılmalıdır”.

 

 

 

 

 

 

 

www.yenicag.az

1047
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv