!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq energetika naziri İran casusu çıxdı – VİDEO

!Reklam – Yazi

İsrailin sabiq energetika naziri Qonen Segev istintaqa cəlb olunub.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, o, İrana casusluq etməkdə təqsirli bilinir.

Bu barədə İsrail polisi məlumat yayıb.

Məlumata görə, Segev, 1992-1995-ci illərdə İsrailin enerji bazarına və təhlükəsizliyinə dair məlumatları İrana satıb.

Sabiq nazir müxtəlif vaxtlarda İranın təhlükəsizlik xidmətinin əməkdaşları ilə görüşüb.

Qeyd edək ki, Qonen Segev daha əvvəllər narkotik qaçaqmalçılığına görə həbs olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. O, azadlığa çıxdıqdan sonra Nigeriyaya köçsə də, keçən ay sözügedən ölkə tərəfindən İsrailə göndərilib.

 

www.yenicag.az

5837
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv