Sabiq futbolçusu PSJ-nin baş məşqçisi olmağa əsas namizəddir

PSJ-nin baş məşqçi postuna əsas namizədin kimliyi bəlli olub.

Yenicag.az ” Football Italia”ya istinadən xəbər verir ki, bu, hazırda “Bolonya”nın baş məşqçisi olan Tyaqo Mottadır.

Tərəflərin yaxın günlərdə mümkün əməkdaşlığı ətraflı şəkildə müzakirə edəcəkləri bildirilib.

Motta futbolçu kareyrasını bitirəndən sonra 2012-2018-ci illər aralığında formasını geyindiyi PSJ-nin gənclərdən ibarət komandasını çalışdırıb.

Qeyd edək ki, Paris klubu mövsüm başa çatandan sonra baş məşqçi Kristof Qaltye ilə yolları ayırıb.