Sabiq merin evindən 13,5 ton qızıl tapıldı – ÖLÜM CƏZASI

Çin polisi Quamçjou şəhərinin keçmiş meri Çjan Tszinin evində keçirdiyi axtarışlar zamanı külçə şəklində 13,5 ton qızıl tapıb.

Yenicag.az xəbər verir ki, bu barədə  RİA “Novosti” xəbər yayıb.

Bundan əlavə, 57 yaşlı keçmiş merin evindəki gizli zirzəmidən külli miqdarda nağd pul aşkarlanıb. Məlum olub ki, o, neçə min kv.m. lüks daşınmaz əmlakı da gizlədib.

Pul, qızıl, rəsm əsərləri və əntiq əşyaların daşınması üçün bir neçə hərbi yük maşını lazım olub.

Sabiq mer ölüm cəzası ilə üzləşə bilər.