Son 5 il ərzində Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan professor, keçmiş millət vəkili Nəsib Nəsibli ölkəyə qayıtmağa qərar verib.
Yenicag.az xəbər verir ki, Nəsib Nəsibli bu barədə məlumatı özünün sosial şəbəkə hesabından yayımlayıb.
5 il Ankara Universiteti Dil və Tarix-coğrafiya fakültəsində çalışan sabiq millət vəkili fəaliyyətinə verilən yüksək qiymətə görə adıçəkilən universitetin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Nəsib Nəsibli həm də 1992-94-cü illərdə Azərbaycanın İrandakı səfiri olub.