Sabiq nazirdən Trampın “Ukrayna nifrəti”nə REAKSİYA

Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkin Ukraynaya inanmayanları yanıltmaq üçün güclənməyin vacibliyini bildirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Pavel Klimkin bu fikirləri ABŞ prezidenti Donal Trampın Ukraynaya “dəyişməz nifrət”ini göstərən mesajını şərh edərkən deyib.

Klimkinin sözlərinə görə, Rusiya və ABŞ prezidentləri eyni dərəcədə Ukraynanı “normal ölkə” hesab etmir:

“Qoy, onlar bizə inanmasınlar. Əsas odur ki, biz özümüzə inanırıq. Onların acığına güclənəcəyik və o zaman danışan tərəf biz olacağıq”.

Qeyd edək ki, ABŞ mediası Tramp administrasiyasının hazırkı və keçmiş işçilərinə istinadla, prezidentin Ukraynaya qarşı düşmən mövqeyində olduğunu yazır.

Tramp isə öz növbsində onu hədəfə alan keçmiş komanda üzvlərini Demokrat Partiyası ilə əməkdaşlıqda ittiham edir.