Polis keçmiş daxili işlər naziri İsgəndər Həmidovun Şəkiyə girişinə imkan verməyib.
Yenicag.az xəbər verir ki, sabiq müdafiə naziri Rəhim Qazıyevin anasının il mərasimində iştirak etmək üçün Şəkiyə gedən keçmiş daxili işlər naziri İsgəndər Həmidovu şəhərin girişində qarşılayan polis əməkdaşları geri qaytarıblar.
Məsələni dəqiqləşdirmək üçün əlaqə saxladığımız İsgəndər Həmidov Yenicag.az-a açıqlamasında xəbəri təsdiqləyib.
İsgəndər Həmidov bildirib ki, Şəki şəhərinin girişində polis onların getdiyi maşını saxlayıb və sürücünün sənədlərini yoxlamaq bəhanəsi ilə polis idarəsinə aparı.
İsgəndər Həmidov hələ də polis idarəsində olduğunu deyib.
Səxavət Məmməd