Sabiq nazirin şirkəti bağlandı

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus şirkət bağlanıb.

Söhbət “İmprotex Group”un tərkibində olan “İmprotex Aqrotexservis” MMC-dən gedir.

Şirkətin hansı səbəbdən ləğv edilməsi ilə bağlı hələlik açıqlama yoxdur.

Qeyd edək ki, “İmprotex Group” holdinqin tərkibində 10-a yaxın şirkət var./Qafqazinfo.az