!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq nazirin yaxın qohumunun qətlində böyük müəmma

!Reklam – Yazi

34315İstintaq mərhum Füzuli İsgəndərovun həyat yoldaşını şübhəli bilir, vəkillər isə sübutların saxtalaşdırıldığını iddia edirlər

Bakı Ağır Cinayətlər Məhkəməsində Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin keçmiş rəis müavini Füzuli İsgəndərovun qətlində ittiham olunan xanımı Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

1964-cü il təvəllüdlü Füzuli İsgəndərov ötən il sentyabrın 1-də Babək prospekti ev 17-də – yaşadığı evində xüsusi amansızlıqla öldürülüb. Hadisə ilə bağlı yayılmış ilkin məlumatda keçmiş məmurun 19 bıçaq zərbəsi aldığı, daha sonra isə boğazının kəsildiyi bildirilirdi. İlkin olaraq F.İsgəndərovun evinə soxulan şəxsin hadisəni tamah məqsədilə törətdiyi, maskada olduğu bildirilən qatilin ev sahibinə çoxsaylı bıçaq zərbələri vurmaqla qətlə yetirdiyi, daha sonra evə girdiyi və Füzuli İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərovanı boğmağa başladığı, bu zaman üzündən maskası düşdüyü üçün qadını buraxaraq qaçıb getdiyi iddia olunurdu.

2015-ci il, aprelin 13-də onun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova dindirilib, onlar zərərçəkən kimi tanınıb. İki həftə sonra – aprelin 30-da isə müstəntiq zəng vuraraq X.İsgəndərova və qızı Əmanəni təkrarən prokurorluğa çağırıb. Bundan sonra isə Xalidə İsgəndərova şübhəli şəxs kimi saxlanılıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkilləri Cavanşir Süleymanov və Abuzər Mütəllimov istintaqın düzgün aparılmadığını, müdafiə etdikləri şəxsin günahsız həbs olunduğunu, qətlin Xalidə İsgəndərova tərəfindən törədilmədiyini bildiriblər. Onlar istintaq zamanı sübutların saxtalaşdırıldığını qeyd edərək vurğulayıblar ki, cinayət törədilən yerdə başqa şəxsə məxsus qan izləri aşkar edilib. “Sübutlar saxtalaşdırılıb. Bu cinayəti başqa şəxs törədib” – deyən vəkillər cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatət qaldırıblar.
Hazırlıq iclası noyabrın 3-də davam etdiriləcək.

Uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olan F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv