!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq nazirin zirzəmiyə enmiş hərisliyi

!Reklam – Yazi

Bir çox ekspertlər yazır ki, prezident İlham Əiyevin son günlər imzaladığı fərman və sərəncamlar ən qısa zamanda ölkənin həm siyasi, həm də iqtisadi modelinə yeniliklər gətirəcək, 2019-cu ilin ilk aylarından başlanan islahat prosesini sürətləndirəcək. Gerçəkdən də dövlət başçısının qəbul etdiyi qərarlarla bağlı açıqlamalarını izlədikcə Azərbaycanda yeni dönəm başladığı, indiyə qədər siyasi və iqtisadi yüksəlişə əyləc olan bir sıra köhnə strotiplərin birdəfəlik ləğv edilməsi üçün ciddi siyasi iradə ortaya qoyulduğu aydın görünür.

“İqtisadi müstəqillik mənim siyasətimin ana xəttidir” deyən prezident İlham Əliyevin çıxışlarını dinlədikcə o da aydın olur ki, dövlət başçısı bu gün vətəndaşları, xüsusən sahibkarları narahat edən bütün məsələləri ən xırda detalına qədər bilir:”Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Azərbaycanın siyasi müstəqilliyi birmənalı şəkildə iqtisadi müstəqilliyinə bağlıdır. Ölkədə elə bir şərait yaradılmalıdır ki, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş çirkin əllər gərək kəsilsin… Haqsız rəqabət də bizim üçün böyük problemlər yaradır. Buna təkan verən biznes maraqları olan dövlət məmurlarıdır. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar ya bizneslərini satmağa, ya da ölkədən çıxıb getməyə məcbur olurlar. Buna da yol vermək olmaz. Hüquq-mühafizə orqanları bu şəxslərə qarşı ən ciddi tədbirlər və sanksiyalar həyata keçirilməsi üçün artıq məndən göstəriş alıblar”.

Prezident İlham Əliyevin söylədiyi məqamlar Azərbaycanda artıq illərin problemidir və məsələnin ciddi tərəfi həm də odur ki, bu gün vəzifədə olan yüksək çinli məmurlarla yanaşı artıq vəzifə müddətləri tarixə qovuşan “ekslər” belə iş dünyasında at oynadır, sahibkarları öz maraqlarına tabe etdirmək istəyirlər. Məsələn, əmək və əhalinin sosial müdafiəsi naziri postundan yarıtmaz fəaliyyətinə görə uzaqlaşdırılan, vətəndaşın hakimiyyətdən incik salınmasında müstəsna xidmətləri olan Fizuli Ələkbərov biznes imperiyasının sərhədlərini genişləndirmək üçün bu gün də qanunları ayaq altına atmaqdan çəkinmir.

Fizuli Ələkbərov və onun hökumətdə təmsil olunduğu illərdə vəzifə pillələrində sürətlə irəlilətdiyi ailə üzvlərinin bir ucu Türkiyədə, bir ucu Dubayda, bir ucu Qərbi Avropada olan biznes imperiyalaları ölkədən kənarda uluslararası qanunlara tabe olmaq məcburiyyətində qalsa da Azərbaycanda yazılmamış və haqlının deyil, “biləyi zorlu”nun iradəsinə tabe qaydalarla idarə olunur. Düzdür, son illər, xüsusən yeni iqtisadiyyat naziri Mikayıl Cabbarov vergilər naziri olan dönəmdə vergidən yayınan, qara mühasibatlıqla işləyən bir sıra iri şirkətlər sırasında Ələkbərovların biznes imperiyasına daxil olan şirkətlər də ciddi vergi sanksiyaları ilə üz-üzə qalıb. Bəzi hallarda yeni qaydalara əməl etmək məcburiyyətində olsalar da keçmiş nazirə bağlı qurumların tamamilə ram edildiyini, biznesin sivil qaydaları ilə işləməyi iş dünyasında var olmanın tək şərti kimi qəbul etdiklərini söyləmək mümkün deyil. Çünki hər fürsətdə özlərində azca zəif saydıqları iş adamlarını sıradan çıxarıb imkanlarına sahiblənmək şakərlərindən əl çəkməyiblər.

Fizuli Ələkbərova bağlı “İmprotex” Şirkətinin “Məlahət” MMC ilə Bakının mərkəzi küçələrindən birində yerləşən binanın zirzəmisi uğrunda çəkişməsinin tarixçəsi onu deməyə əsas verir ki, vəzifə kürsüsü ilə çoxdan vidalaşsa da Ələkbərov hələ də öz nüfuzundan yararlanaraq mənşəyi yetərincə suallar doğuran varidatını daha da artırmaq üçün istənilən qanunsuzluğu etməyə hazırdır.

“Məlahət” MMC-nin sahibi Məlahət Qurbanovanın mediaya verdiyi açıqlamalardan bəlli olur ki, 1987-ci ildən fəaliyyətə başlayan şirkət iş dünyasında var olmaq və böyümək üçün saysız maneələrə rast gəlib. İqtisadiyyat hər dəfə yeni idarəetmə modelinə keçəndə biznes maraqları olan məmurlar şirkəti sıxışdırmağa, məşğul olduğu fəaliyyət sahəsi üzrə monopoliya yaradaraq öz qanunsuz qaydalarını tətbiq etməyə çalışıblar. Lombard fəaliyyəti ilə məşğul olan “Məlahət”MMC ilə məhkəmə çəkişməsinə qədər çıxan sonuncu iri şirkət “İmprotex”dir. Fizuli Ələkbərova bağlı şirkət Məlahət Qurbanovadan 70 kv-lik zirzəmini tələb edir. Ərazi “Məlahət”MMC-nin özəl mülkiyyəti olsa da…

F.Ələkbərovun nazirliyi dönəmində “İmprotex” Bakının mərkəzindəki tarixi binalarda, xüsusən Səbayel Rayonundakı tikililərdə özünə min kvadratmetrlərlə yer alıb. Böyük rüşvət olaylarının tüğyan elədiyi birinci və ikinci özəlləşdirmə dönəmlərində Ələkbərovların iş dünyasında daha dərin kök salmaq üçün xarici və daxili turizmdən modaya, lüks avtomobul biznesindən restoran şəbəkəsinə, otelçiliyə qədər biznesin bir çok sektoruna nüfuz etmələri heç kim üçün sirr deyil. Daha sonra vəzifə səlahiyyətlərindən sui-istifadə hesabına aşıb-daşan sərvət Azərbaycanın sərhədlərini də keçib, yeni ölkələr “fəth edib”. Necə deyərlər, Fizuli Ələkbərovun başı nazirliyi dönəmində vətəndaşın sosial rifahının yüksəldilməsi üçün rəhbərliyin və xalqın gözləntilərini doğrultmağa yox, qanunsuz yollarla nəsil-nəcabətinin gələcəyini təmin etməyə qarışıb.

Maraqlıdır ki, Azərbaycan məmurları onlara birmənalı şəkildə şamil edilən cəzasızlıq mühitindən yararlanıb bu haqda faktları açıqlayan media qurumlarını da cərimələmək yolunu tuturlar. Çoxsaylı məhkəmə çəkişmələri zamanı bir fakt üzrə belə bu biznes imkanlarının hansı kapitalla əldə edilməsinə aydınlıq gətirilmir. Prossual qanunvericiliyin şərəf və ləyatəqi qorumaq maddəsi rüşvət burulğanında üzən hakimlərin ədalətin yanından keçməyən qərarları ilə birləşib haqlını deyil, güclünü müdafiə edir.Görünür, hər dəfə məhkəmələrdən həm haqqında yazan media quruluşları, həm də sıradan çıxarmaq istədiyi biznes qurumları haqqında maraqlarına uyğun qərar ala bildiklərinə görədir ki, “İmprotex” sahibləri Məlahət Qurbanova ilə də məsələni məhkəmə yolu ilə çözmək qərarına gəliblər. Əbəs yerə… Çünki artıq nə dönəm, nə qanunlar öncələrdə olduğu kimi məmurların iradəsinin qulu deyil. Üstəlik qarşılarında dayanan “Məlahət”MMC 30 ildən yuxarı iş təcrübəsi olan öz sahəsinin sayılan-seçilən şirkətlərindəndir.

Bu gün dövlət başçısı iqtisadiyyatın liberallaşdırılmasından, rəqabət mühitinin güclənməsindən, monopoliyanın, qara mühasibatlığın ləğvindən, vergidən yayınma faktları ilə sərt mübarizdən, biznes marağı olan məmurların vəzifə səlahiyyətlərini aşaraq iş adamlarına basqı göstərməsindən açıq danışır, konkret göstərişlər verir və ən önəmlisi artıq həyata keçirilməsinə başlanan məhkəmə-hüquq islahatları bu qanunsuzluqlara dövlət qarantına çevrilir. Özünü biznes dəryasının akulası sayanlar əmin olsunlar ki, daha özündən xırdalara diş qıcamaq dönəmi arxada qaldı. İrəlidə qanunların güclünü yox, haqlını qoruyacağı dönəm gəlir. /onlinepress/

www.yenicag.az

1003
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv