Sabiq nazirlə prokuror həbs olundu – FOTO

Rumıniyanın sabiq turizm və regional inkişaf naziri Elena Udrea və iqtisadi cinayətlərlə mübarizə üzrə sabiq prokuroru Alina Bika siyasi sığınacaq üçün müraciət etdikləri Kosta-Rikada Rumıniya hökuməti tərəfindən İnterpola ünvanlanmış müraciət əsasında saxlanılıblar.

Yenicag.az xəbər verir ki, hər iki sabiq məmur Rumıniyada korrupsiyada ittiham olunublar və həbs cəzası alıblar. Onlar istintaqın bitməsini gözləmədən ölkəni tərk edərək Kosta-Rikadan siyasi sığınacaq istəyiblər.

Qeyd edək ki, sabiq məmurlar 2015-ci ildən Rumıniya Antikorrupsiya Departamenti tərəfindən pulların yuyulması, yalançı bəyanatların verilməsi ittihamları üzrə dindiriliblər.

Hüquqşünasların fikrincə, Rumıniya ilə Kosta-Rika arasında ekstradisiya ilə bağlı sazişin olmadığına görə məmurları Rumıniyaya göndərmək çətin olacaq.