Sabiq ombudsman komitə sədri oldu

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçirilib. İclasda komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçiliblər.

Yenicag.az-ın məlumatına görə, Naxçıvanın keçmiş ombudsmanı Ülkər Bayramova Ali Məclisin Humanitar siyasət komitəsinin sədri olub. O eyni zamanda İntizam komissiyasında da təmsil olunacaq.

Ü.Bayramova bundan əvvəl Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktoru idi. O, 2006 və 2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib./unikal

COP29