!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq polis rəisi əmisi tərəfindən GÜLLƏLƏNDİ - FOTO

!Reklam – Yazi

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20:00 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, Ə.Əsgərbəyli Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi olub. O, 2021-ci il avqustun 19-da təqaüdə çıxıb.

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv