Cənubi Koreyanın sabiq xanım prezidenti Pak Kın He həbs olunub.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, Seul məhkəməsinin qərarı ilə o, 24 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, bildirilir ki, sabiq prezident 17 milyon dollar məbləğində cərimə ödəməlidir.
Qeyd edək ki, o, rüşvət almaqda, hakimiyyətdən sui-istifadə etməkdə və dövlət sirlərini yaymaqda ittiham olunur.