İsrailin keçmiş prezidenti Şimon Peres xəstəxanaya yerləşdirilib.
Bu barədə Associated Press agentliyi məlumat yayıb.
Şimon Peresin mətbuat katibi Ayelet Frişin sözlərinə görə, sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinə səbəb sinəsindəki ağrılar olub.
Mətbuat katibi bildirib ki, ilkin müayinə zamanı Peresdə ürək ritmlərinin dəyişməsi müşahidə olunub.