Sabiq prezidentin rayonuna bombalar yağdı

26794e9a87fc8bbfdd54bfb50b35c4f2Aprelin 6-da koalisiya qüvvələri Yəməndə sabiq prezident Əli Abdulla Salehin doğulduğu dağlıq Sənhan rayonuna hava zərbələri endirib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Əl Arabiya” telekanalı məlumat yayıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Hazırda Yəmənin sabiq prezidentinin məhz Sənhanda gizləndiyi bildirilir.

Xatırladaq ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.