Sabiq prezidentin vəziyyəti ağırlaşdı – Açıqlama

“SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov 6 aydır ki, xəstəxanada yaşayır”.

Yenicag.az xəbər verir ki, bu sözləri jurnalist Aleksey Venediktov “RİA Novosti”yə açıqlamasında deyib.
Aleksey Venediktov Qorbaçovun xəstəliklərinin çox olduğunu, hərəkət problemləri yaşadığını vurğulayıb: “Onun xəstəlikləri çoxdur, bir sıra hərəkət problemi yaşayır, ancaq beyni işləyir. Son 6 aydır ki, xəstəxanada yaşayır”.

Jurnalist Qorbaçavun yenilikləri izlədiyini də bildirib: “Ona “Çernobıl” serialı haqqında məlumat verdim. Ancaq keçmiş prezidentin səhhəti bu serialı izləməyə imkan vermədi”.

Qeyd edək ki, SSRİ-nin 88 yaşlı sabiq prezidentinin səhhəti pisləşib və 6 ay öncə xəstəxanaya yerləşdirilib. Xəstəxanada olarkan, onun öldüyü barədə də xəbərlər yayılmışdı.

Aqil Bəkir

COP29