Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sabir Rüstəmxanlı "Astar"la "Milli taleyimiz və biz"i təqdim etdi - FOTO/VİDEO

“Azərkitab-Kitab Təbliğatı Mərkəzi”ndə xalq şairi Sabir Rüstəmxanlının “Astar” və “Milli taleyimiz və biz” kitablarının təqdimat mərasimi, eləcə də imza günü keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi, millət vəkili Fəzail İbrahimli, ATEV başqanı Tənzilə Rüstəmxanlı, iş xanımı Məlahət Qurbanova, “525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid, tanınmış tənqidçilər, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Rəşad Məcidin aparıcılığı ilə keçirilən tədbirdə əvvəlcə müəllif kitablarla bağlı məlumat verib. Xalq şairi “Astar” kitabında iki kiçikhəcmli romanının və hekayələrinin yer aldığını, həyatın, gizli yaşantıların görünməyən, astar üzünün təsvir edildiyini bildirib. “Milli taleyimiz və biz” kitabında isə xalqımızın mənşəyi, tarixi, milli kimliyindən bəhs edilir.

Çıxışçılar xalq şairinin yaradıcılığının bir neçə nəslin ədəbi düşüncəsinin formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Kitabların müzakirəsi tədbir iştirakçılarının böyük marağına səbəb olub. Müəllif sualları cavablandırıb.

Yenicag.az-a açıqlama verən Sabir Rüstəmxanlı bildirib ki, son vaxtlar sosial mediada inkarçılıq dəb halını alıb. Tariximiz inkar edilir, şəxsiyyətlərimizə kölgə salınır. “Milli taleyimiz və biz” kitabının müəllifi qeyd edib ki, milli taleyimizə sahib çıxmaqla yanaşı, bugünkü reallığımızı dünyaya çatdırmalıyıq.

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri, şair-yazar İrfan Çiftçi isə bildirib ki, Sabiq Rüstəmxanlı türk dünyasının qurucu şairlərindəndir. O, xalq şairinin əsərlərinin yeni Azərbaycanın yüksəlişində mühüm rol oynayacağını qeyd edib.

Emin Səfərov

www.yenicag.az

2989
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM