“İnanmıram ki, Azərbaycanda hər hansısa bir siyasi partiya təyyarə qəzası ilə bağlı məsələyə sakit və biganə yanaşsın”.
Bu sözləri Yenicag.az-a açqılamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.
Partiya sədri bir sıra siyasi partiyaların ötən gün J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı yayımladığı başsağlığı bəyanatını və sözügedən mesajların milli birlik və vəhdət baxımından önəmini şərh edib.
Onun sözlərinə görə, baş verənlər insanlıq faciəsidir və buna heç kim laqeyd ola bilməz.
Ətraflı videomaterialda:
Samir Məcidov
Rafi Müslümov