Sabir Rüstəmxanlı ilə “Çöldə yaşam öyüdləri”: Türklüyün səsi – FOTO/VİDEO

Xalq şairi Sabir Rüstəmxanlı yaşamı boyu Türk Birliyinin qurulacağına inanaraq yaşayan, bu inamla xalqını və türkdilli xalqları birliyə çağıran aydınlardan biridir. Onun yolu hər zaman doğuya, Türk yurdlarına, qədim oba və oymaqlara doğru yön alıb, bu yolçuluq həyatının ən böyük dəyəri və məqsədi olub. Türk xalqlarının zəngin tarixini, mədəniyyətini, dillərini, ənənələrini qorumaq və birliyə çatdırmaq üçün yorulmadan çalışan Sabir Rüstəmxanlı, doğma ana dilinin duruluğunun qorunması yolunda çalışmaqdan əsla usanmadı.

Elə bu dəfə də Türk dünyasının bir başqa guşəsində, “Çölçü obası”nda “Çöldə yaşam öyüdləri”verilişinin qonağı olan Sabir Rüstəmxanlı verilişin aparıcısı Eltən Törəçi ilə Türk dilinin zənginliyindən danışdı. Bundan başqa şair, öz həyatını şəkilləndirən öyüdlərdən, bu öyüdləri aldığı insanlarla bağlı anılarını bölüşdü. Xalq şairi həm də Türk Törəsinin Türk xalqları üçün önəmini vurğulayaraq qeyd etdi ki, Törə Türk xalqının ruhunu formalaşdıran ən dərin mənəvi dəyərdir.

Şairin “Çölçü” Birliyinin qurucusu və verilişin aparıcısı Eltən Törəçi ilə veriliş boyu ən çox danışılan məsələlərdən biri ana dilinin qorunması və onu yad təsirlərdən, alınma sözlərdən təmizləmək idi. Verilişdə vurğulandığı kimi Türk dili, Türk kimliyinin və birliyinin əsasını təşkil edir.

COP29