Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Sabir Rüstəmxanlı: “Şəhriyarın büstünün dağıdılması İranın cəhalətidir”

Dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın büstünün dağıdılması haqqında mətbuatda məlumatlar yayılıb.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı öz etirazını bildirib. O, bunu şairin ruhuna böyük hörmətsizlik adlandıraraq, İranın “bizimdir” deyib, özəlləşdirdiyi ustada qarşı mədəniyyətsizlik etdiyini bildirib:

“Şəhriyar yalnız Azərbaycan və İran türklərinin şairi deyil. O, şeirlərini həm fars, həm də türk dillərində yazıb. Ümumiyyətlə, İran coğrafiyasında yaşayan həm mənşə, həm etnik, həm də mənsubiyyət etibarilə müxtəlif xalqlara mənsub olan, amma ümumi mənada İran ədəbiyyatı və yaxud şairləri deyilən anlayış var. Buna görə də İran onu öz şairi hesab edir. Əgər bir ölkə öz şairinə belə sayğı, hörmət göstərirsə, bu artıq İranın cəhaləti və mədəniyyətsizliyidir. Onlar bu hərəkətlərindən utanmalıdır. Azərbaycanda Şəhriyara kifayət qədər hörmət var. Həmçinin, Təbrizdə də ona məxsus abidə ucaldılıb. Məşhəd şəhəri də din ocağıdır və ora İmam Rzanın ziyarətinə gedirlər. Görünən odur ki, onların gözləri elə bağlıdır ki, İmam Rzanın qəbrindən başqa heç kimi görmürlər. Bu səbəbdən də sözügedən vəziyyət məni o qədər də təəccübləndirmir. İranda hər kəsə hörmətsizliyin edilməsi gözlənilən haldır”.

Qeyd edək ki, bir qrup şəxs zorakılıq nümayiş etdirərək, şairin Məşhəd şəhərində yerləşən büstünü tanınmaz hala salıb.

Elvin Paşazadə

www.yenicag.az

1646
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM