Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Sabir Rüstəmxanlı yaradıcılığına həsr olunan iki kitab işıq üzü gördü - Fotolar

Professor Rahid Uluselin Bəxtiyar Vahabzadə və Sabir Rüstəmxanlı haqqında iki yeni kitabı çapdan çıxıb.

Yenicag.az xəbər verir ki, Rahid Uluselin yeni nəşr olunan “Sözün dağ paytaxtı” kitabı xalq şairi Sabir Rüstəmxanlı, “Bir qalanın bürcləri” kitabı isə xalq şairi Bəxtiyar Vahabzadə ilə Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunub.

Tanınmış filosof, Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı, professor Rahid Ulusel məhsuldar elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan bədii fikrinin müasir dövrünə dair əsərlərin də müəllifidir.

Sözügedən yeni kitablarda xalq şairləri Bəxtiyar Vahabzadə ilə Sabir Rüstəmxanlının çoxşaxəli ədəbi-publisistik fəaliyyətlərindən, milli şüurun yüksəlişində müstəsna rol oynayan yaradıcılıqlarından, onların şəxsiyyətindən geniş bəhs edilib.

Kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Yenicag.az

www.yenicag.az

389
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM