Sabir Rüstəmxanlıdan gözlənilməz etiraflar – İLK DƏFƏ

Ötən həftə Space TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində baş nazir Novruz Məmmədovun verdiyi açıqlamalar cəmiyyətdə böyük maraq doğurub.

Yenicag.az xəbər verir ki, aparıcının sona qədər efirdə görünmədiyi “Sadə həqiqətlər” verilişinin növbəti qonağı xalq şairi Sabir Rüstəmxanlıdır.

Xalq şairi verilişdə bəzi siyasi hadisələr barədə ilk dəfə danışıb.

Məsələn, Elçibəy tərəfindən Bakıya dəvət olunan Heydər Əliyev həmin günün axşamı Sabir Rüstəmxanlı ilə telefonla danışır və çox sərt açıqlama verir. Eləcə də, Heydər Əliyev tədbirlərdən birində iştirak edən zaman Sabir Rüstəmxanlı ilə söhbət edir və müxalifət liderləri haqqında maraqlı fikirlər səsləndirir.

Verilişdə Sabir Rüstəmxanlı həm də radikal müxalifətlə bağlı sərt açıqlamalar verib.

Veriliş bu gün saat 21:50-də yayımlanacaq.

COP29