“Sabir Rüstəmxanlıdan  hakimiyyətə qarşı  düşmən obrazı yaratmağa çalışırlar”

 

samir adigozelliXalq şairi Sabir Rüstəmxanlının son zamanlar  Milli Məclis və ümumiyyətlə  gözəl məmurlarımız haqqında  dedikləri  görünür çoxlarının  yuxusuna ərşə çəkib. Əvvəla, onu qeyd edim ki, Sabir  bəy  25 illik millət vəkilliyi dönəmində parlamentimizdə həqiqi mənadan millətimizi təmsil edən  vəkillərdən biri olmuşdur. O, bu gün yazdıqlarını, söylədiklərini mən 30 ildir eşidirəm. Dövlətçilik marağından  hər kəsin  dilə gətirməyə cəsarət etmədiyi  millətimiz üçün həyatı məsələləri daim paralament tiribunasında səsləndirmişdir. Eyni zamanda  ölkəmizdə  bütün tale yüklü məsələlərlə bağlı həm parlamentin yığıncaqlarında, həm də dövrü mətbuatda  Sabir Rüstəmxanlının fikirlərinə rast gəlmişik. Nədənsə  bu nadanlar  bu gün insanları çaşdırmağa çalışırlar ki,  sanki Sabir bəy deputat  olmadığı üçün qisas məqsədi ilə Milli Məclisi tənqid atəşinə tutubdur və təəssüf olsun ki, bunu heç bir  tərbiyə kodeksini nəzərə almadan yazan  həmdə bir media rəhbəri  Eynulla Fətullayevdir.

Əvvələr tanıdığım bu sosialist Eynulla indi nədənsə kapitalist aləmdə  var-gör etməyə başlayıb. Görəsən rəhbərlik etdiyi saytları  hansı məmurun  və ya məmurların  və ya  hansı qaranlıq dairələrin , qaranlıq sərmayələri ilə  yaşadır? Görünür,  həmin qara sərmayələrdir ki,  bu gün Eynullanın  xalq şairinə qarşı qara yaxmağa vadar edir.

Sabir Rüstəmxanlıdan  hakimiyyətə qarşı  düşmən obrazı yaratmağa  çalışmaq təzə ssenari deyil. Hakimiyyət daxilində  kimlərinsə öz şəxsi maraqları üçün Sabir bəyə qarşı arada sırada atdıqları böhtan daşları gec-tez öz başlarında partlayacaq. Ölkəmizin bu günki gündə, çətin sosial iqtisadi şəraitdə prezident İlham Əliyevin  çağırışına əməl edib, çıxış yolları aramaq əvəzinə  təəssüflər olsun ki,  bəzi məmurlar  hələ də öz havalarını oynayırlar. Özlərinə bağlı  media qurumlarından istifadə edərək  çirkin kampaniyalarını  aparmaqda davam edirlər. Bu gün  Sabir Rüstəmxanlıya daş atanlar bir zamanlar Bəxtiyar Vahabzadəni, Cavidi, Müşfiqi daşlamışdılar.

Amma bu nankorlar bilmirlər ki, Milli Ziyalılara ləkə atmaq  millətin hesiyyatına toxunmaqdır.Bunu isə millət heç zaman onlara bağışlamayacaqdır.

 

Samir Adıgözəlli

Dünya Azərbaycanlıları Konqresinin Aparat rəhbəri

COP29