Sabir Rüstəmxanlının imza günü keçiriləcək

sabirimzaDekabrın 11-də “Qanun” Nəşriyyat evində xalq şairi, yazıçı Sabir Rüstəmxanlının imza günü keçiriləcək.

Yenicag.az xəbər verir ki, nəşriyyat evində imza günləri “Soyuq əllər, isti ürək” Yeni il xeyriyyə yarmarkası çərcivəsində keçirilir. Dekabrın 11-i saat 18.00-dan 19.00-a qədər xalq şairi, yazıçı Sabir Rüstəmxanlının “Dərdə əyilmə” adlı sonuncu kitabının imza günü olacaq. İmza günündə həmçinin Sabir Rüstəmxanlının digər kitablarını da öz imzası ilə əldə etmək mümkün olacaq.