Sabirabadda 3 otaqlı ev yanıb.
FHN-dən Yenicag.az-a verilən məlumata görə, rayonun Suqovuşan kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 3 otaqlı evin qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.