Sabirabad rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, rayonun Surra kəndində yerləşən restoranlardan birində mexanik işləyən 1965-ci il təvəllüdlü Cəfərov Usubəli Əliqulu oğlunu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.