Sabirabadda 6 otaqlı ev və yaxınlıqdakı ağaclar yandı

Sabirabad rayonunun Nərimankənd kəndində həyətyanı ərazidə 210 m² sahədə kol-kos, 9 ədəd ağac, yaxınlıqda ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 3 otağın tavanı 100 m² sahədə, 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.