Sabirabadda ağır qəza – 2 ölü, 3 yaralı

Bu gün səhər saatlarında Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, “KİA” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib.

Xəsarət alanlardan 2 nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.